Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ali Radada dava – Savçenko spikerin kreslosunu “ələ keçirdi” + Foto

Ali Radada dava – Savçenko spikerin kreslosunu “ələ keçirdi” + Foto

Ukrayna Ali Radasında qalmaqal baş verib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Radikal” və “Batkivşina” partiyalarından olan 20 millət vəkili Radada plenar iclas zamanı prezidentin və spikerin kreslosunu “ələ keçiriblər”.

Fraksiyanın liderləri Oleq Lyaşko və Yuliya Timoşenko tribunanın önünü kəsib. “Batkivşina” fraksiyasından olan Aleksandr Kujel prezidentin Ali Radadakı yerində, Nadejda Savçenko isə spikerin kreslosunda əyləşib.

Onların tələbi Ali Radanın tariflər üzrə istintaq komitəsini yaratmaq, korrupsiya əməllərini üzə çıxarmaq, dövlətin yüksək vəzifəli şəxslərinin ofşor zonalarını ortaya çıxarmaq olub.

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın