Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Aktrisa Beren Saat Ərdoğan hakimiyyətini tənqid etdi – VİDEO

Aktrisa Beren Saat Ərdoğan hakimiyyətini tənqid etdi – VİDEO

Aktrisa Beren Saat CNN Türk-də “8 Mart” qadınlar gününə həsr olunmuş verilişin qonağı olub.
 Beren “Türkiyədə qadın olmaq” mövzusunda fikirlərini bölüşüb.
Aktrisa söyləyib ki, Türkiyədə qadın olduğu üçün çox kədərlənir:
“Qadınlar üçün planlaşdırılan bir həyat var. Siz plana uyğun şəkildə yaşamalısız. Ancaq sizin bir istəyiniz, arzunuz və ruhunuz var. Qanunlar qızlar üçün daha sərt yazılıb. Hətta, məktəbdə xanımların ətəklərinin ölçüləri müəyyənləşdirilir. Kişilər isə dar bir şalvarla da məktəbə gələ bilər. Daha sonra kişilərə oturub-durmaq barədə bir söz demirlər. Ancaq qızlara kiçik yaşlarında oturuş qaydalarını öyrədirlər. Bu kiçik qaydalara qadınla uyğunlaşamağa çalışırlar. Bu qaydalar özünə güvənməyi, sevgi münasibətlərini və iş həyatını daraldır. Ötən il bir paylaşım da etmişdim. Bu ölkənin qadını olduğum üçün kədərlənirəm. Bu sözlərin hələ də üzərində dayanıram. Dövlətin apardığı siyasət də önəmlidir. Dövlət şüuraltı qadınlarımızı evə məhkum edir. Bu çox dəhşətli bir şeydir. Elə təqdim edirlər ki, qadının əsas missiyası ana olmaqdır”. Moderator.az

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın