Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / AKP qalib gələcək, MHP itirəcək, HDP-nin arzusu ürəyində qalacaq
Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2015-06-07 07:33:38Z | http://piczard.com | http://codecarvings.com–¯

AKP qalib gələcək, MHP itirəcək, HDP-nin arzusu ürəyində qalacaq

Türkiyədə noyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək.

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında Türkiyədə baş tutacaq bu seçkilərin gözlənilən nəticələri ilə bağlı proqnozlar verib. Ekspertin fikrincə, budəfəki seçkilərdə də hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən daha yüksək səs toplaya bilər:

“Keçirilən rəy sorğuları hələ ki AKP-nin səsinin o qədər də yüksəlmədiyini göstərir. Amma AKP seçkiqabağı kampaniyaya təzəcə başlayır. Məsələn hakim partiyanın təşkilatçılığı ilə “terrora yox” adı ilə bir milyonluq mitinq keçirildi.

Bu, çox böyük bir mitinq idi.

Ümumiyyətlə, mən AKP-nin səslərinin yüksələcəyi qənaətindəyəm. Nəyin hesabına olur-olsun, müvafiq resurslardan istifadə etməklə, seçkiqabağı çox ciddi vədlər verməklə, seçicilərin səsini qazanmaq üçün müxtəlif manevrlər etməklə AKP təkbaşına iqtidar formalaşdırmaq üçün həm seçkinin özündə, həm də seçkiqabağı dövrdə bütün imkanlardan istifadə edəcək.

Düzdür, bu, Türkiyədəki vəziyyəti tam, normal inkişaf səmtinə çıxarmayacaq, amma, hər halda AKP-nin niyyəti yenidən təkbaşına hökumət qurmaqdır.

Güman edirəm ki, nəyin hesabına olur-olsun, AKP məqsədinə nail olacaq”. Politoloq Cümhuriyyət Xalq Partiyasının (CHP), Milliyyətçi Hərəkat Partiyasının (MHP) və PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyasının (HDP) seçkidən hansı nəticə əldə edəcəyini barədə də fikir bildirib:

“CHP-nin əvvəlkinə nisbətən səs artımı olacaq. MHP üçün bunu gözləmirəm. Hətta ola bilsin ki, azalma da baş versin. Çünki əvvəlki seçkilərdən sonra MHP-nin siyasətini o qədər də qənaətbəxş hesab etmək olmaz. HDP-yə gəldikdə, qənaətlərimə görə, baryerini aşa bilmək şansı çox zəifdir. Hətta parlamentdə təmsil olunmaya da bilər”.

Bu il iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində AKP qələbə qazansa da, təkbaşına iqtidar qurmaq üçün yetərli səs toplaya bilməyib.

AKP-nin koalisiya hökuməti qurmaq üçün digər partiyalarla apardığı danışıqlar nəticə vermədiyindən noyabrın 1-də ölkədə təkrar parlament seçkiləri keçiriləcək.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın