Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / “Akkord”un vəziyyəti acınacaqlıdır: “Beynəlxalq Bank” nəzarəti ələ alır

“Akkord”un vəziyyəti acınacaqlıdır: “Beynəlxalq Bank” nəzarəti ələ alır

Bir vaxtlar varlı təşkilat olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın iqtisadi vəziyyəti hazırda acınacaqlıdır.

EkoNews-un verdiyi xəbərə görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% azalıb. 2017-ci ildə şirkətin cəmi kapitalı 65,6% azalmış, məzənnə fərqindən 12,3 milyon manat zərər etmişdir. Son nəticədə “Akkord” 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ili 6,3 milyon manat mənfəətlə başa vurmuşdu.

“Akkord” şirkətinin vəziyyətini ağırlaşdıran səbəblərdən biri də ağır kredit öhdəlikləri və borclarıdır.

Belə ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Beynəlxalq Banka 1,3 milyard borcu var. Amma uzun illərdir Azərbaycanda infrastruktur layihələrini həyata keçirən «Akkord» götürdüyü kreditləri qaytara bilməyib.

“Akkord”dan borcunu geri ala bilməyən Beynəlxalq Bank məcburən başqa bir üsula əl atıb. Belə ki, tərəflər arasında əldə edilən razılaşmaya əsasən bundan sonra, “Akkord”un şəhərin müxtəlif ərazilərində olan yaşayış komplekslərindəki qeyri-yaşayış sahələrinin idarəetməsinə Beynəlxalq Bank nəzarət edəcək. Beynəlxalq Bank yalnız bu üsulla “Akkord”un ona olan borcunu ödətdirmək istəyir. Bundan əvvəl “Akkord” un qeyri yaşayış komplekslərinin idarə olunması ilə “Property İnvestments” MMC məşğul olub. Bildirilir ki, artıq “Property İnvestments”lə Beynəlxalq Bank arasında təhvil-təslim prosesi həyata keçirilir.

Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74 milyon 113 min manat təşkil edib.

Qeyd edək ki, şirkətin səhmdarları 51% payla “VIP Estate” MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …