Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Aİ-95 markalı benzin bahalaşarsa, Aİ-92-ni nə gözləyir? – AÇIQLAMA

Aİ-95 markalı benzin bahalaşarsa, Aİ-92-ni nə gözləyir? – AÇIQLAMA

Hazırda Aİ-95 markalı benzinin bahalaşması ilə bağlı iddialar irəli sürülür. Düşünürəm, bunun üçün zəmin yoxdur. Çünki Aİ-95 Rusiyadan idxal olunur. Rusiyada yanvar ayında birjalarda 1 ton benzinin qiyməti 55 min rubl idisə, iyun ayında və hazırda benzin 40 min rubla satılır. Bu da bizə onu deməyə əsas verir ki, hazırda Aİ-95-in qiymətində enmə baş verdiyindən bahalaşmasının iqtisadi əsasları yoxdur və dövlət buna getməyəcək. Hətta belə hal baş versə də, bu, daha çox iri həcmli, iri mühərrikli, daha bahalı avtomobil sürənlərin büdcəsinə azacıq təsir edəcək. Aİ-95-in bahalaşması bu sahələrdə qiymət artımına səbəb olmayacaq. Çünki ölkəmizdə əsasən dizel və Aİ-92 yanacağından istifadə olunur. Bu, həm kənd təsərrüfatı sahəsində, həm də yükdaşımada fəaliyyət göstərən nəqliyyat vasitələrinə aiddir”.

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Ekspert hesab edir ki, Aİ-95 markalı benzinin qiymətinin artımı, Aİ-92-nin bahalaşmasına təsir etməyəcək: “Aİ-92 ölkəmizdə istehsal olunur. Ölkədə yanacağa ümumi tələbatın cəmi 8-10%-ni Aİ-95 təşkil edir. Bu gün ölkədə 95-ə olan tələbat artmaqdadır. Bu da avtomobil parkının yenilənməsi, ölkəyə Avro-5 standartlarına uyğun avtomobillərin idxalının artması ilə əlaqədardır. Aİ-95-in qiyməti artırılsa, hesab edirəm, bu, sadəcə Aİ-92-yə olan tələbatı artıracaq. Avtomobil sürücüləri qiymətin baha olması fonunda məcburən 92-dən istifadə edəcəklər. Qeyd edək ki, ölkədə Aİ-92 markalı benzinin istehsalı ildən-ilə artır. Hətta ötən illə müqayisədə 40% artım baş verib. SOCAR-ın builki açıqlamasına əsasən demək olar ki, növbəti illərin ortalarına ölkəmizdə artıq daxili tələbatı ödəyəcək qədər Aİ-95 istehsal olunması nəzərdə tutulub. Bildiyiniz kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni rekonstruksiya işləri aparılıb. Yaxın gələcəkdə ölkəmizdə artıq Aİ-95 benzinin istehsalına başlanacaq”.
 

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …