Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / İqtisadiyyat / “Aİ-95 1 manat 60 qəpik olmalıdır”

“Aİ-95 1 manat 60 qəpik olmalıdır”

İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin hələ də ucuzlaşmaması ilə bağlı SOCAR-a müraciət edib.

Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, neft 86 dollar olub:
“Rusiyanın Ukraynaya soxulmasından öncəki səviyyəyə, yanvar ayı qiymətinə düşdü, bütün ölkələrdə benzin qiymətləri ucuzlaşır. Siz nə vaxt tərpənəcəksiniz? Aİ-95-in qiyməti nə vaxt düşəcək?! Məntiq və hesablamalarla indi Aİ-95 1 manat 60 qəpik olmalıdır”.
Qeyd edək ki, Azərbaycanda Aİ-95 premium markalı benzin bu ilin 13 iyul tarixində 0,4 manat bahalaşaraq 2 manat olub. Həmin vaxt qeyd olunurdu ki, Aİ-95 premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Qiymət artımı məhsulun idxal dəyərinin artması ilə əlaqələndirilirdi.

Həmçinin oxuyun

İdxal az olarsa, basılmaz Vətən – TƏHLİL

İkinci Dünya müharibəsindən sonra ərzaq təhlükəsizliyi mövzusu qlobal miqyasda heç vaxt bu il olduğu qədər …