Cümə , Dekabr 9 2022
Ana səhifə / İqtisadiyyat / Aİ-92 markalı benzin ucuzlaşa bilərmi?

Aİ-92 markalı benzin ucuzlaşa bilərmi?

“Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib. Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Gələn aydan tətbiq ediləcək güzəştlər iyunun 1-dək qüvvədə qalacaq. Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi bu növ benzinin qiymətinə təsir edə bilərmi? Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur”.

Bunu deputat Vüqar Bayramov bildirib.

“Güzəştlərin çox qısa müddəti, yalnız 4 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının təklifə təsir etməməsi üçün növbəti 4 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək. Digər tərəfdən, güzəştin təsirlərini qiymətləndirmək üçün xərc müşahidələrinə ehtiyac var. İdxal edilən benzinin xərcinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsi, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsi məqsədə uyğundur” – V.Bayramov qeyd edib.

Həmçinin oxuyun

ƏDV-lər 50 faiz azaldıldı – Yeni qərar

Nağdsız əməliyyatlara görə geri qaytarılan ƏDV 15%-dən 17,5%-ə qaldırılacaq.Bu, Milli Məclisin bu gün keçirilən iclasında …