Şənbə , Sentyabr 23 2023
Ana səhifə / İqtisadiyyat / Aİ-92 markalı benzin 1,50 AZN olacaq? – AÇIQLAMA

Aİ-92 markalı benzin 1,50 AZN olacaq? – AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı bildirilir. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.

Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, benzinin bahalaşmasına əsas görmür. 

“Rəsmi mənbə belə bir məlumat vermirsə, deməli, bu, sadəcə, söz-söhbətdir. Benzinin bahalaşacağı barədə heç yerdə nə rəsmi məlumat görmüşəm, nə oxumuşam, nə də hardansa eşitmişəm. Şəxsən belə bir məlumatım yoxdur”, – deputat bildirib. 

Həmçinin oxuyun

“ATEF Şirkətlər Qrupu”nun borcu 11 milyona yüksəldi

“ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb. Qaynarinfo-nun …