Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Agroterm”dən sonra “Green Tree” də kapitalını azaldır

“Agroterm”dən sonra “Green Tree” də kapitalını azaldır

Şabran rayonu ərazisində meyvəçiliklə məşğul olan “Green Tree” MMC nizamnamə kapitalını azaldır.
“Green Tree” MMC nizamnamə kapitalının 5 milyon 547 min 604 manatdan 5 milyon 297 min 604 manatadək azaldığını elan edib.
Bildirilir ki, nizamnamə kapitalının azaldımasi ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Nəsimi r-nu, Kaveroçkin küçəsi, ev 21, m41 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Green Tree” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Elmar Əliyevdir.
Onu da bildirək ki, Elmar Əliyevin rəhbərlik etdiyi daha bir şirkət – “Agroterm” MMC də ötən ilin sentyabr ayında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar qəbul edib. “Agroterm” MMC-nin nizamnamə kapitalı 24 milyon 712 min 455 manatdan  23 milyon 712 min 455 min manata qədər azaldılıb.
“Agroterm” MMC ölkənin aparıcı pomidor istehsalçısı və ixracatçılarından biri hesab olunur. Yeniavaz.com

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …