Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İqtisadiyyat / Ağ Ev: Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı zəruri hesab edirik

Ağ Ev: Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı zəruri hesab edirik

ABŞ Fətullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyə ilə əməkdaşlığı əhəmiyyətli hesab edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir. Ernest sözlərinə görə, ABŞ bu sazişə sadiqir.

“Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında mühüm əməkdaşlıq artıq siz də görürsünüz” – deyə o bildirib.

Ağ Ev rəsmisi əlavə edib ki, Ədliyyə Nazirliyinin nümayəndələri artıq Türkiyəyə səfər edib.

“Ekstradisiya prezidentin həlli etdiyi məsələ deyil. Bu, saziş çərçivəsində qəbul olunur. Buna görə də prosesə Ədliyyə Nazirliyinin nümayəndələri də cəlb edilib” – deyə Coş Ernest vurğulayıb.
Ernest bu məsələnin ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Ankaraya yaxın vaxtlarda baş tutacaq səfəri zamanı müzakirə olunacağını istisna etməyib.

Həmçinin oxuyun

“Ehtiyatlarımızla qısa zamanda iqtisadi artımı bərpa edəcəyik”

“Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan …

Bir cavab yazın