Ana səhifə / İqtisadiyyat / ADIF ləğv prosesində olan bankın əmlakını hərraca çıxardı

ADIF ləğv prosesində olan bankın əmlakını hərraca çıxardı

Mayın 31-də də Əmanətlərin Sığortalanması Fondunda (ADİF) ləğv prosesində olan “AG Bank” ASC-nin daşınmaz əmlakının icarəsi üzrə bağlı hərrac keçiriləcək.

Bu barədə bankın ləğvedicisi – ADIF məlumat yayıb.

Bildirilir ki, söhbət Bərdə şəhəri, Sənaye küçəsindəki 897,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub və bank ləğvetmə mərhələsindədir.

Həmçinin oxuyun

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artıb

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb. Bu barədə “Report” Rusiya …