Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / İqtisadiyyat / “Adidas” şirkəti minlərlə əməkdaşını robotlarla əvəz edəcək

“Adidas” şirkəti minlərlə əməkdaşını robotlarla əvəz edəcək

“Adidas” şirkəti fabriklərin əməkdaşlarını robotlarla əvəz edəcək.

AZƏRTAC şirkətə istinadən bildirir ki, “Sewbot” adlı mexanizm geyim istehsalı ilə məşğul olacaq. Sözügedən mexanizm yumşaq parçanın kəsik-küsüklərini tikmək üçün kamera və robotlardan istifadə edir. Bundan əvvəl bu əməliyyatları avtomatlaşdırmaq mümkün deyildi, amma “SoftWear Automation” tərəfindən yaradılmış mexanizm bu əməliyyatları insanlardan daha yaxşı yerinə yetirir.

“Robotlar geyimin detalını tikməzdən əvvəl parçanın vəziyyətini müəyyənləşdirmək üçün kamera və iynələr kombinasiyasından istifadə edir və bunu insan gözündən daha dəqiq yerinə yetirirlər”, – deyə şirkətin saytında bildirilir.

Sistem bir köynəyi 22 saniyəyə tikir. Robot “Adidas” şirkəti üçün gün ərzində 800 min mayka hazırlayacaq. Beləliklə, istehsal şirkətə daha ucuz başa gələcək. Bütövlükdə 21 istehsal xətti tikiləcək.

Həmçinin oxuyun

Rusiya Azərbaycandan pomidoru vaqonlarla daşımağa icazə verdi

Rusiya tərəfi iyunun 15-dən etibarən Azərbaycandan bu ölkəyə pomidor və almanın dəmir yol vaqonları ilə …

Bir cavab yazın