Cümə , Oktyabr 7 2022
Ana səhifə / İqtisadiyyat / ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu kəskin artırıb

ADB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu kəskin artırıb

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 11,5% olacağını proqnzolaşdırır.

“Report” xəbə rverir ki, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Bank gələn il Azərbaycanda inflyasia ilə bağlı proqnozunu da 1,7 faiz bəndi artıraraq 7%-ə çatdırıb.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 11,5 % (2,7 faiz bəndi çox), gələn il isə 8,5 % (1,4 faiz bəndi çox) olacağını gözləyir.

Həmçinin oxuyun

ƏDV ləğv edilir?

“Ərzaq ƏDV-sinin ləğvindan az təminatlı ailələrdən az qala 10 dəfə çox imkanlı şəxslər qazanacaqlar. Ayda …