AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Null Stern Hotel” Alp dağlarının ətəyində yerləşir.

Otel təkcə bir otaqdan ibarətdir və açıq səma altındadır.

Otel dəniz səviyyəsindən, təxminən, 2000 metr hündürlükdə yerləşir. Qonaqlar Alp dağlarına açılan mənzərə və gecələr parlaq ulduzlardan həzz alırlar.

Otelə gələn qonaqlara yerli fermerlər xidmət edir. Fermerlərin əsas vəzifələrindən biri qonaqlara tez-tez hava proqnozu vermək və onlara lətifələr danışmaqdan ibarətdir.

Otel rəhbərliyi artıq 2017-ci ilin bütün günləri üçün sifariş qəbul edib.