Çərşənbə , Fevral 28 2024
Ana səhifə / İqtisadiyyat / AÇG yatağında neft hasilatı sürətlə azalır – Statistika

AÇG yatağında neft hasilatı sürətlə azalır – Statistika

Yola saldığımız 2023-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 133 milyon barel (18 milyon ton) və ya gündə orta hesabla 363 min barel neft hasil edilib.
Bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2022-ci ildəki analoji rəqəmlərlə müqayisədə ötən il neft hasilatı 12,5% və ya 19 milyon barel az olub.
Məlumat üçün onu da qeyd edək ki, 2022-ci ildə 152 milyon barel neft hasil edilib və bu da 2021-ci illə müqayisədə 9% və ya 15 milyon barel az olub.
2023-ci ildə AÇG-də ümumilikdə 137 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.
Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı aşağıdakı kimi olub:

Həmçinin oxuyun

Sığorta yığımlarının 77%-i “Paşa Sığorta”nın payına düşüb

Bu ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən 139 milyon 114 …