Çərşənbə , May 22 2019
Ana səhifə / İqtisadiyyat / ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi

ABŞ və Avropa arasında iqtisadi müharibə elan edildi

Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Mer, ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
“G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-a sağlam şəkildə düşünməyi, qaydalara və öz müttəfiqlərinə hörmət etməyi xahiş edirəm”- deyə nazir qeyd edib.
Nazir əlavə edib ki, Ağ Ev ilk addımı atmasa, Avropa Komissiyasının ticarət dialoqu üzrə rəsmi təklifi ilə bağlı danışıqlar mümkün olmayacaq. Avropanın da cavab tədbirlərini tətbiq etməkdən başqa heç bir şansı qalmayacaq.(Oxu.Az )

Həmçinin oxuyun

Banklar Bakı finalına görə 24 saat işləyəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün …