Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Türkiyə şirkətlərinə qarşı sanksiya tətbiq etdi

ABŞ Türkiyə şirkətlərinə qarşı sanksiya tətbiq etdi

ABŞ Ticarət Nazirliyi Türkiyənin iki şirkətinə və üç fiziki şəxsinə qarşı sanksiyaların tətbiq edilməsi barədə məlumat yayıb. Buna səbəb həmin hüquqi və fiziki şəxslərin İranla əlaqələridir.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Murat Taşkıran və “Kompozit Kimya” şirkəti ABŞ qanunlarına zidd olaraq, İrana “Amerika istehsalı olan yüksək keyfiyyətli karbon liflərinin” ixracatına görə “qara siyahı”ya salınıblar.

Bundan başqa, Reşit Tavan, Fulya Kalafatoğlu Öztürk və “Ramor group” şirkəti “İran hərbçilərinin istifadəsi üçün Amerika istehsalı olan malların İrana ötürülməsi”ndə günahlandırılıblar və onlara qarşı sanksiya tətbiq edilib.

Bundan sonra adı çəkilən şirkətlər və fiziki şəxslərə qarşı ABŞ-da xüsusi ixracat rejimi qüvvədə olacaq.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın