Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Səudiyyə Ərəbistanından neft itxalını ilbəil azaldır

ABŞ Səudiyyə Ərəbistanından neft itxalını ilbəil azaldır

Səudiyyə Ərəbistanından ABŞ-a neft ixracı son 6 ildə minimum həddə düşüb. Fins.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, buna səbəb ABŞ-dakı “şist yanacağı inqilabı”dan yaranan maliyyə böhranı və Kanadadan neft tədarükünün artmasıdır. ABŞ-ın “qara qızıl” idxalını azaltması Səudiyyə Ərəbistanını Asiyadakı müştərilərinə – ilk növbədə Çinə tərəf üz tutmasına səbəb olub.
Son 1 ildə ABŞ Səudiyyə Ərəbistanından orta hesabla sutkada 1 milyon barrel neft tədarük edib ki, bu da 2009-ci ildən bəri ən aşağı həddir. Məsələn, 2013-ci ildə bu rəqəm 1,5 milyomn barrel olub. Kolumbiya Universiteti nəzdindəki Beynəlxalq Enerji Mərkəzinin təsisçi-direktoru siyasəti Ceyson Bordoff hesab edir ki, idxalın azalması tendensiyası bundan sonra da davam edəcək və Səudiyyə Ərəbistanı üzünü şərqə tutmalıdır.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın