Ana səhifə / İqtisadiyyat / ABŞ səfirliyi yaxınlığında partlayış: 24 ölü – YENİLƏNİB

ABŞ səfirliyi yaxınlığında partlayış: 24 ölü – YENİLƏNİB

Bu səhər Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.
Modern.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, partlayışın ABŞ səfirliyi yaxınlığında baş verdiyi bildirilir.
Paytaxtın polis rəsmisi partlayışın bəzi hərbi obyektlərin yaxınlığında və geniş bir ərazidə törədildiyini söyləyib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Səduq Sedikki partlayışın intihar hücumu ola biləcəyini deyib.
Hadisə şahidlərinin və təhlükəsizlik qüvvələrinin sözlərinə görə, Kabildə ABŞ səfirliyinin yerləşdiyi partlayış zonasından duman qalxdığı deyilir. Partlayış nəticəsində ölən və yaralananlar haqqında dəqiq məlumat yoxdur.
Terror aktı ilə bağlı “Taliban” rəsmisi Zabihullah Mücahid məsuliyyəti öz üzərlərinə götürüb.
“Taliban” bu günlərdə bəyanatında “Xarici və daxili düşmən mövqelərinə böyük miqyaslı əməliyyatlar keçiriləcək”-deyə bildirib
Qeyd edək ki, Əfqanıstanda hökumətin müzakirələrə və sülh danışıqlarına yenidən başlama səylərinə baxmayaraq, “Taliban” keçən həftədən paytaxtda və digər yerlərdə belə partlayışlar törədir.
*** 11:07
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib. “Report” “Reyter”ə istinadən xəbər verir ki, partlayış səsi ABŞ-ın bu ölkədəki səfirliyində də eşidilib.
Şahidlər geniş ərazinin tüstüyə büründüyünü bildiriblər.
Yerli mətbuat isə son günlər ölkədə “Taliban”çıların fəallaşdığını vurğulayıb.
Hələlik ölən və yaralananlarla bağlı məlumat verilmir.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın