Ana səhifə / İqtisadiyyat / ABŞ konqresmeni Ermənistanın hərbi aqressiyasını tənqid etdi

ABŞ konqresmeni Ermənistanın hərbi aqressiyasını tənqid etdi

Aprelin 7-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş demokrat konqresmen Stiv Kohen Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyasını tənqid edən bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycan və Ermənistan arasında bu yaxınlarda əldə edilmiş atəşkəs razılaşmasının alqışlandığı bildirilir. Buna baxmayaraq, konqresmen S.Kohen Ermənistanın Azərbaycan tərəfinin zorakılığın dayandırılması məqsədi ilə ötən bazar günü irəli sürdüyü atəşkəs təklifini dərhal müsbət cavablandırmamasının və hərbi əməliyyatları davam etdirməsinin təəssüf doğurduğunu ifadə edib.

Sonda konqresmen Ermənistandan əldə edilmiş atəşkəs razılığına sadiq olmağı və uzun müddət davam edən bu münaqişənin həll edilməsi üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycanla əməkdaşlığı tələb edib.(AzərTAc)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın