Ana səhifə / İqtisadiyyat / ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

ABŞ kongresində hər iki partiyanın liderləri Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsinə görə yeni sanksiyalarla cəzalandırmağı mümkün etmək üçün qanun layihəsi üzrə razılıq əldə ediblər.

Yeni qanun layihəsi prezident Trampın Rusiyaya qarşı sanksiyaları qaldırmaq səlahiyətini də kəskin şəkildə azaldacaq.

Bundan əvvəl Donald Tramp Rusiya siyasəti məsələsində sərbəstlik istədiyini bildirib. Trampın prezidentlik dövrünün gündəmi Rusiyanın onun xeyrinə ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair iddialarla dolub olub.

Rəsmi Moskva bu iddiaları rədd edir, lakin hazırda bir neçə ABŞ təhqiqatı Tramp seçki kampaniyası və Rusiya rəsmiləri arasında iddia edilən sövdələşməni araşdırır. Siyasi müxbirlər hər iki partiyanın layihəyə dəstəyinin Trampın şəxsi istəklərindən asılı olmayaraq kongresin Rusiyaya qarşı möhkəm mövqe tutmaq niyyətində olduğunu göstərdiyini deyirlər.

Prezident yeni qanunu vetosundan istifadə edərək ləğv edə bilər, lakin bu hərəkəti onun Kremllə əlaqələri barədə şübhələri artıra bilər, təhlilçilər bildirib. Beləliklə, Tramp bu layihəni imzalamaqla, o, administrasiyasının qarşı olduğu bir qanunu tətbiq etmiş olacaq.

Senatın Xarici Əlaqələr Komitəsində yer alan ən yüksək vəzifəli demokrat senator Ben Cardin razılığın “gərgin danışıqlardan” sonra əldə edildiyini deyib. “Bunu etməkdə az qala birləşmiş kongres ABŞ xalqı və müttəfiqlərimiz adından prezident Putinə çox aydın bir mesaj göndərəcək və bunu etməyə bizə prezident Trampın köməyi lazımdır”, o, vurğulayıb.

Yeni layihə həmçinin Şimali Koreya və İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini mümkün edəcək. Hazırda Krımın işğalına cavab olaraq ABŞ-ın Rusiyalı şirkətlər və şəxslərə qarşı bir neçə sanksiyaları qüvvədədir. Dekabr ayında, Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiaları ortaya çıxanda, keçmiş prezident Barak Obama ABŞ-da yerləşən iki Rusiya obyektini müsadirə edib və 35 Rusiya diplomatını ölkədən çıxarmışdı.

Kreml obyektlərin qaytarılmasını tələb edib və əks halda ABŞ-ı “xüsusi addımlar”la hədələyib. Keçən həftə keçirilmiş yüksək səviyyəli danışıqlardan sonra bir Rusiya rəsmisi qarşıdurmanın “az qala” həll edildiyini deyib.

Lakin yeni qanun prezident Tramp üçün kongresin təsdiqi olmadan sanksiyaları qaldırmağı çətinləşdirəcək. Seçki kampaniyası vaxtı Donald Tramp Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağın və Rusiyaya qarşı sanksiyaları qaldırmağın mümkünlüyünə işarə etmişdi. (BBC)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın