Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? – PLAN

ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? – PLAN

Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsi ilə bağlı maraqlı məqam üzə çıxıb. “Hürriyət” qəzetinin köşə yazarı Çingiz Səmərcioğlu köşə yazısında qeyd edib ki, R.Zərrab ABŞ-a girişinə qoyulan qadağanı ləğv etdirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentinə 1 milyon dollar rüşvət verib.

Ç.Səmərcioğlu iddia edib ki, bir müddət əvvəl R.Zərrab İstanbulda ABŞ konsulluğunda çalışan bir nəfərlə dostlaşıb. Onlar getdikcə daha da yaxınlaşıblar, birgə restoranlara, istirahət yerlərinə gediblər. Bir müddət sonra isə R.Zərrab konsulluq əməkdaşına ABŞ-a girişinə qadağa olması barədə bildirib.

Həmin şəxs isə 1 milyon dollar qarşılığında məsələnin həll ediləcəyinə söz verib. Tərəflər vədələşdiyi kimi edib və R.Zərrab həyat yoldaşı, tanınmış müğənni Ebru Gündəş və qızı ilə birgə Mayamiyə uçub. Burada onu qarşılayanlar arasında həmin diplomat da olub və o, biznesmenə deyib ki, 1 milyon dolları geri, onun hesabına qaytarıblar.

Maraqlıdır ki, MKİ agenti kimi təqdim edilən həmin diplomat İstanbulda R.Zərraba ABŞ-a girişinə maneənin olmaması ilə bağlı sənəd də veribmiş.(lent.az)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın