Ana səhifə / İqtisadiyyat / ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ ən son ballistik raket sınağına görə İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Yeni sanksiyalar raket proqramı ilə əlaqəsi olduğu deyilən 11 müəssisə və şəxsin ABŞ bank sistemindən istifadəsini qadağan edir.
Bu, İrana qarşı beynəlxalq nüvə sanksiyalarının qaldırılmasından bir gün sonra baş verib.
İran həmçinin Washington Post qəzetinin müxbiri Jason Rezaian da daxil olmaqla, dörd amerikalını azadlığıa buraxıb.
İran keçən ilin oktyabr ayında ballistik raket sınağını həyata keçirməklə BMT-in qadağasını pozub.
Prezident Obama isə İranla əldə olunmuş nüvə razılaşmasını alqışlayıb.
“Bu çox gözəl bir gündür, çünki biz bir daha beynəlxalq diplomatiya ilə nəyin mümkün olduğunu görürük,” cənab Obama deyib.
Daha əvvəl isə İran prezidenti Həsən Ruhani razılaşmanı dünya ilə münasibətlərdə “yeni səhifə” adlandırmışdı. BBC

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın