Ana səhifə / İqtisadiyyat / ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib

ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib

ABŞ-ın ştat liderləri paytaxt Vaşinqtonda bir araya gəlib. Milli Qubernatorlar Assosiasiyasının tədbiri prezident Trampın 11 milyon qanunsuz mühacirə qarşı kəskin ölçülər götürdüyü vaxt keçirilib.

Bunun bir hissəsi olaraq sığınacaq yerləri olan şəhərlərin fondları ixtisar edilib. Trampın planlarına yerli hüquq-mühafizə agentlərinə mühacirət agentləri kimi fəaliyyət göstərmələri də daxildir.

Amerikanın Səsinə danışan bəzi ştatların qubernatorları yeni həyat sorağında olan mühacirlər və qaçqınları Amerikada görmək istədiklərini deyib.

Milli Qubernatorlar Assosiasiyasının rəhbəri və Virciniya qurbernatoru Terri Makollif yeni ölçüləri mənəviyyatsız və qanunsuz adlandırıb. O deyib ki, mühacirlər və qaçqınlar Virciniya ştatında təhlükəsizdirlər.

“Biz insanların gəlməsini, biznes qurmasını, ailələrini dolandırması və həyat standartlarını yaxşılaşdırmasını istəyirik. Virciniyada biz mülki azadlıqlar və vətəndaş hüquqlarını müdafiə edirik” – deyə qubernator bildirib.

Oreqon qubernatoru Keyt Braun da Amerikanın Səsinə deyib ki, Oreqon mühacir və qaçqınlar da daxil edilməklə, hər bir kəsin müvəffəq olduğu bir yerdir.

Arkanzas qubernatoru Asa Hitçinson ştatının çoxsaylı Vyetnam, Meksika və Mərkəzi Amerika ölkələrindən olan insanlara malik olduğunu bildirib (“Amerikanın səsi”).

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın