Ana səhifə / İqtisadiyyat / ABŞ-ın SSRİ-dəki sonuncu səfiri: “Sovet İttifaqını Amerika yox, Yeltsin dağıtdı”

ABŞ-ın SSRİ-dəki sonuncu səfiri: “Sovet İttifaqını Amerika yox, Yeltsin dağıtdı”

“SSRİ daxili səbəblərə görə parçalandı. Sovet İttifaqını dağıdan RSFSR-in prezidenti Yeltsin oldu”.

Strateq.az bildirir ki, bu sözləri Valday Siyasi klubunun iclasında çıxş edən ABŞ-ın SSRİ-də sonuncu səfiri Con Metlok bəyan edib.

ABŞ-Rusiya münasibətləri barədə danışan keçmiş diplomat bildirib ki, hazırda iki ölkə arasında olan soyuq və gərgin münasibətlər Ukrayna ilə bağlıdır. O SSRİ ilə ABŞ arasında münasibətləri xatırladaraq bildirib ki, bu dövlətlərin birgə əməkdaşlığı ilə “soyuq müharibə”yə son qoymaq mümkün oldu.

“Qərb, ABŞ SSRİ-ni dağıtdı” deyəndə çox təəccüblənirəm. Bu yanlış baxışdır. Biz SSRİ –ni saxlamaq üçün Mixail Qorbaçova kömək etmək istəyirdik. Yeltsinə deyirdik ki, ölkənin vahidliyini saxlamaq üçün Qorbaçova kömək etsin. SSRİ-ni dağıdan RSFSR-in seçilmiş prezidenti Yeltindir”,-deyə Metlok bildirib.  

1986-88-ci illərdə SSRİ ilə aparılan danışıqları xatırladan Metlok bildirib ki, Reyqanla Qorbaçov ilk növbədə “nüvə müharibəsi” ifadəsini ortadan qaldırdılar: “Danışıqlar zamanı hər bir sənəddə SSRİ-nin maraqları ciddi şəkildə qorunurdu. Reyqanla Qorbaçov bir-birini hədələməmək öhdəliyi götürdülər. “Soyuq müharibə” danışıqlar yolu ilə başa çatdı. Hamımız da bundan xeyir götürdü”.

Metlok “soyuq müharibə”nin SSRİ-nin dağılması ilə başa çatması barədə deyilənəri “mif” adlandırıb.

“Bu mifdir. Belə mövqe Qərbdə də, Rusiyada da səslənir. Bu belə deyil. Fakt odur ki, soyuq müharibə” 1989-cu ildə danışıqlar yolu ilə başa çatdı. Reyqan və Qorbaçov tərəfdaş kimi ayrıldılar. Mənim yadımdadır ki, biz SSRİ nümayəndəlri ilə danışıqlar apararkən hər hansı bir mövqeyi razılaşdıran zaman  Reyqan bizi xəbərdar edirdi ki, qərar əldə olunacaqsa özünü qalib kimi göstərməyin”.

Metlok vurğulayıb ki, SSRİ daxili səbəblərə görə parçalandı. “SSRİ-ni dağıdan lider Rusiyanın seçilmiş  prezdenti Yeltsindir. O, Belorus, Ukrayna liderləri ilə əməkdaşlğa gedərək buna nail oldu. Corc Buş  1991-ci il  avqustunda Ukrayna Radasına  müraciət edərək Ukrayna və Baltik respublikaalrını Mixail Qorbaçovla müqavilə imzalamağa çağırdı. Biz SSRİ-nin Qərbin günahı üzündən dağılması  barədə deyilənlərdən narahatıq”

Metlok vurğulayıb ki, hazırda dünya qütbsüzdür.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın