Ana səhifə / İqtisadiyyat / ABŞ-ın keçmiş dövlət katibi islamı qəbul edir 

ABŞ-ın keçmiş dövlət katibi islamı qəbul edir 

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə o, özünün Twitter səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır”, – deyə M. Olbrayt bildirib.

Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykələnin fotosunu da yerləşdirib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın