Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / ABŞ-ın indiyədək Azərbaycana satdığı hərbi məhsulların dəyəri açıqlanıb

ABŞ-ın indiyədək Azərbaycana satdığı hərbi məhsulların dəyəri açıqlanıb

Cari ildə ABŞ Azərbaycana 509 000 dollar dəyərində hərbi məhsul satıb.

“Report” xəbər verir ki, bu barədə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) hesabatında bildirilib.

Sənəddə ABŞ-ın 1950-ci ildən başlayaraq dünya ölkələrinə satdığı hərbi məhsulların dəyəri üzrə statistika əksini tapıb.

Belə ki, Azərbaycan müstəqillik qazandığı dövrdən indiyədək Birləşmiş Ştatlar ölkəmizə 56 181 898 dollar dəyərində hərbi məhsul satıb. Ermənistan isə son 1 ildə ABŞ-ın hərbi məhsullarına sadəcə 2 196 dollar xərcləyib. Bu ölkə indiyədək ABŞ-dan 51 milyon dollar dəyərində hərbi məhsul alıb.

Postsovet məkanı və ümumiyyətlə regionda ABŞ-dan indiyədək ən çox hərbi məhsul alan ölkə NATO üzvü Türkiyədir – 20 951 129 064 dollar.

Ukrayna cari ildə ABŞ-ın hərbi məhsullarına 510 598 973 dollar xərcləyib. Bu ölkə indiyədək ABŞ-dan 1 647 363 868 dollar dəyərində hərbi məhsul alıb. Bu göstəricilərə görə, Gürcüstan 2020-ci ildə 63 milyon dollara yaxın vəsait sərf edib. Cənibi Qafqaz ölkəsi indiyədək Birləşmiş Ştatlardan dəyəri 530 milyon dollardan çox olan hərbi məhsullar alıb.

Statistikaya əsasən, ABŞ-ın hərbi məhsullarına ən çox vəsait sərf edən ölkə Səudiyyə Ərəbistanıdır – 172 866 301 126 dollar. Yaxın Şərq ölkəsi son 1 ildə Vaşinqtondan ümumi dəyəri 1,1 milyard dollardan çox olan hərbi məhsul əldə edib.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …