Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-ın dövlət borcu 21,5 trilyon dolları ötüb

ABŞ-ın dövlət borcu 21,5 trilyon dolları ötüb

2018-ci maliyyə ilində ABŞ-ın dövlət borcu 1 trilyon 271 milyard dollar artaraq 21 trilyon 516 milyard dollara çatıb.

Novator.az bildirir ki, “Washington Examiner” saytı oktyabrın 2-də belə məlumat yayıb.

ABŞ-da maliyyə ili oktyabrın 1-də başlayıb sentyabrın 30-da bitir.

Açıqlamaya görə, 2017-ci maliyyə ili 20 trilyon 245 milyard dollar dövlət borcu ilə tamamlanmışdı.

ABŞ Konqresinin Büdcə İdarəsi sentyabrda 2018-ci maliyyə ilinin ilk 11 ayında büdcə kəsirinin 895 milyard dollara çatdığını açıqlayıb. Bu, 2017-ci maliyyə ilinin 11 ayı ilə müqayisədə 222 milyard dollar çoxdur. “Washington Examiner”ın məlumatında bildirilir ki, belə dinamika qalsa, 2020-cı ilə büdcə kəsiri 1 trilyon dollara çatacaq.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …