Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / İqtisadiyyat / ABŞ Gülənin Türkiyəyə verilməsinin şərtlərini açıqladı

ABŞ Gülənin Türkiyəyə verilməsinin şərtlərini açıqladı

ABŞ nurçuların lideri Fətullah Güləni Türkiyəyə yalnız ciddi hüquqi əsaslar təqdim olunduqdan sonra təhvil verəcək.

Oxu.Az-ın Reuters-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Bizə sübutlar göstərin”, – Kerri deyib. Amerikalı diplomat həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Türkiyə tərəfindən Gülənin ekstradasiyası ilə bağlı heç bir sorğu almayıb.

Kerri bildirib ki, bütün lazımi sənədlərlə birgə hüquqi tələblərə cavab verən müvaifiq müraciət ABŞ-ın Ədliyyə nazirliyinə göndərilməlidir.

“Və biz bununla məşğul oları”, – dövlət katibi əlavə edib.

Həmçinin oxuyun

Xaçmaz pomidoru bol olacaq

Bakı bazarlarına xeyli pomidor gətiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir. Nazirlik yanında Aqrar …

Bir cavab yazın