Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Gülənin ekstradisiyası məsələsinə diqqətlə yanaşır

ABŞ Gülənin ekstradisiyası məsələsinə diqqətlə yanaşır

ABŞ Ədliyyə Nazirliyi müxalif İslam vaizi Fəthullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətlərinə diqqətlə yanaşır.

RİA Novosti bildirir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Piter Karr deyib.

Xatırladaq ki, Türkiyənin Ədliyyə Nazirliyi dünən Amerika Birləşmiş Ştatlarına rəsmi müraciət göndərərək Gülənin həbsini tələb edib.

“Ədliyyə Nazirliyi apardığı siyasətin bir hissəsi kimi konkret sorğulara şərh vermir, amma yalnız onu deyə bilərəm ki, biz Türkiyə hökumətinin bütün müraciətlərinə diqqətlə yanaşmaqda davam edirik”, – deyə nümayəndə bildirib.

Onu da xatırladaq ki, F.Gülən iyul ayında Tükiyədə hərbi çevrilişdə cəhddə ittiham olunur.

İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb.

Virtualaz.org

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın