Ana səhifə / İqtisadiyyat / ABŞ-dan Zəhranın ölümü ilə bağlı – Açıqlama

ABŞ-dan Zəhranın ölümü ilə bağlı – Açıqlama

ABŞ hər zamanki kimi Dağlıq Qarabağ münaqişə zonasında aralarında 2 yaşlı uşağın da olduğu bir neçə dinc sakininin ölməsi ilə nəticələnən atəşkəsin pozulmasından narahatdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin nümayəndəsi keçirdiyi brifinqdə deyib:

“Bu, təmas xətti yaxınlığında baş verib. Biz ölənlərin ailələrinə dərin başsağlığı vermək istəyirik. ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı, tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırırıq. Bizim siyasətimiz o bölgədə aydındır. Bu münaqişənin yeganə həlli güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsiplərinə riayət edərək danışıqlar yolundan keçir”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın