Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-dan Gülən açıqlaması

ABŞ-dan Gülən açıqlaması

Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Con Bass paytaxt Ankarada diplomatiya müxbirləri ilə görüş keçirib.

Azinforum.az-ın məlumatına görə, gündəmə dair bir çox suala cavab verən səfir Con Bass Fətullah Gülənin ekstradisyasından da danışıb.

Səfir bölgədəki “sülh prosesi”, Fətullah Gülənin ekstradisiyası, ölkədə keçiriləcək parlament seçkisi və s. mövzularda fikrini açıqlayıb.

“Seçki prosesini yaxından təqib edirik. Kimə dəstək verdiyimizi soruşsanız, türk xalqını dəstəkləyirik. Seçkinin azad, ədalətli və rəqabət mühitində keçməsini istəyən hamını dəstəkləyirik. Türkiyənin demokratik idarə şəkli türk xalqının verəcəyi qərarla formalaşır. Türk xalqının qərarına hörmət edirik. Əsas olan parlament və prezident üsul idarəsi deyil, balans və nəzarət mexanizminin mühafizə olunmasıdır. “Sülh prosesi”ni dəstəkləyirik. Onsuzda regionda kifayət qədər insident var. Sülh səylərinin zorakılığa çevrilməsini arzu etmirik”.

Sonda səfir Bass xidmət camaatının lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin ekstradisiyasından və Suriyada problemin siyasi həlli yolundan danışıb.

“ABŞ hökuməti deportasiya məsələlərini şərh etməz. Bu proses qanunlar çərçivəsində və şəffaf şəkildə işləyəcək. Bəşər Əsədin isə Suriyanın gələcəyində yeri yoxdur. Ölkədə siyasi böhran Əsədin getməsi ilə başa çatacaq”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın