Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-da kollecə silahlı hücum: 15 ölü, 20 yaralı

ABŞ-da kollecə silahlı hücum: 15 ölü, 20 yaralı

 ABŞ-ın Oreqon ştatında atışma baş verib.

Hadisə kollecdə qeydə alınıb. Atışma nəticəsində 10 nəfərin öldüyü bildirilir. İlkin məlumat belə idi.

İnsidentin baş verdiyi təhsil müəssisəsi Rozberq şəhəri yaxınlığında yerləşir.

Yerli Q13 FOX telekanalının məlumatına görə, atəş açan şəxs də öldürülüb.

Yerli KATU News telekanalı xəbər verir ki, atışma nəticəsində 15 nəfər ölüb. Ölənlərin sayını polisin mətbuat katibi Bill Fugeyt təsdiqləyib.

Bundan başqa, azı 20 nəfər ağır yaralanıb. Atəş açan şəxs saxlanılıb.

Atışmanın Umpqua Community College kollecində baş verdiyi bildirilir. Orada 3300 tələbə təhsil alır (musavat.com).

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın