Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp liderlik edir

ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp liderlik edir

Hazırda səslərin 47 faizi hesablanıb
Respublikaçılar Partiyasıdan namizəd Donald Tramp hazırda ABŞ-da keçirilən prezident seçkilərində liderlik edir.

“Report” xəbər verir ki, indiyə qədər səslərin təqribən 47 faizi hesablanıb.

Hesablamalara görə, Tramp Seçicilər Kollegiyasının 168 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 109-nu toplayır.

Qeyd edək ki, qələbə üçün namizədə Seçicilər Kollegiyasının 270 səsi lazımdır.

Ümumilikdə Trampa hələ ki, seçicilərin 49 faizi, Klintona isə 47 faizi səs verib.

İlkin məlumatlara görə, milyarder Florida və Ohayo kimi əsas ştatlarda liderlik edir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın