Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ “Brexit”ə görə Britaniyadan uzaqlaşır; İsrail AB-yə qəbul ediləcək? – TƏHLİL

ABŞ “Brexit”ə görə Britaniyadan uzaqlaşır; İsrail AB-yə qəbul ediləcək? – TƏHLİL

İki sadiq müttəfiq kimi tanınan ABŞ və Böyük Britaniya arasında Əfqanıstan məsələsindən tutmuş Orta Şərq məsələsinə qədər bir çox geosiyasi yanaşmalarda fikir ayrılığı var. Aradakı ziddiyyətlər Baş nazir Toni Bleyerin dönəmində İraq savaşı ilə bağlı daha qabarıq özünü göstərdi. Toni Bleyerin ABŞ-a baş tutan səfərləri sayca nə qədər çox olsa da, bütün bunlar müttəfiqlərin arasındakı ciddi fikir ayrılıqlarını aradan qaldıra bilmədi. Orta Şərqdə Böyük Britaniya İsrailin davranışlarına əks dayanaraq, daha çox İsrailin şıltaqlıqlarının qarşısını almaq mövqeyi tutsa da, Birləşmiş Ştatlar bu məsələdə Böyük Britaniya ilə heç cür razılaşmırdı. 2001-ci ildə Əfqanıstan müdaxiləsində strateji planlaşdırma və bir çox hərbi əməliyyatları ABŞ-ın tək başına icra etməsi, ingilis rəsmilərini narahat etməyə başlamışdı. Bununla yanaşı, Amerika tərəfi İngiltərənin “SAS” təyinatlılarını çox zaman əməliyyatlardan kənar saxlayırdı. Pentaqonun Britaniyasız hərəkət etməsi ingilis hərbi rəsmilərinin dəfələrlə etiraz etməsinə səbəb olmuşdur.
2003-cü ildə İraq savaşı zamanı Britaniya ABŞ-ın istəklərinə əks mövqe sərgilədi. Belə ki, o zaman İraqa müdaxilə ortaya atıldığında rəsmi London “Xeyr” cavabını vermişdir. Pentaqonun çox önəmli isimlərindən biri Paul Volfovitz öz fikirlərində qeyd edir ki, İraqa müdaxilə qərarı verilərkən Britaniya həm Türkiyənin, həm də bölgədəki digər müsəlman ölkələrin maraqlarını nəzərə alarkən, ABŞ bunu nəzərə almadı. Bütün sadalanan faktlardan aydın olur ki, London ilə Vaşinqton arasıdak müxtəlif fikir ayrılıqları hələ də var.
Uzun illərdir ki, ABŞ Hindistandakı Britaniya təsirini azalaraq, rəsmi Dehlini öz təsir dairəsinə salmağa çalışır. Təbii ki, belə olduqda Britaniya narahat olmaya bilməz. Çinə yanaşmada da Britaniya ilə ABŞ baxışları tam fərqlidir. Məsələn, Britaniya Çindəki insan haqları mövzusuna göz yumduğu halda, ABŞ bu mövzuda Çini sərt tənqid edir. Britaniya Çin ilə olan iqtisadi əlaqələrinə çox böyük önəm verdiyi halda, ABŞ buna görə narahatçılıq keçirdir. Məsələn, 2015-ci ildə Çinin yaratdığı “Asiya İnfrastruktur İnvestisiya Bankı”na Böyük Britaniyanın üzv olmasını ABŞ çox kəskin bir şəkildə tənqid etmişdi. Əlbəttə, Britaniya da bu sərt münasibətə biganə yanaşmayaraq ABŞ-a cavabında bildirmişdir ki, “biz bəzən fərqli yanaşmalara uyğun hərəkət edirik”…
2015-ci ildə Çin Prezidentinin dörd günlük Britaniya səfəri də xüsusi əhəmiyyət daşıyır. Həmin səfərdə Britaniya ilə Çin arasında 46 milyon dollar dəyərində ticarət razılaşması imzalandı. Şübhəsiz ki, bütün vurğulanan faktlar Vaşinqton-London narazıçılqlarını daha da dərinləşdirdi. Ola bilsin ki, Ağ Ev artıq Britaniyanı Avropadakı müttəfiqi kimi görmür, çünki Vaşinqtonun çağırışlarına məhəl qoymayan London tam fərqli istiqamət tutub. Məsələyə digər rakursdan yanaşdıqda aşkar görmək mümkündür ki, Britaniya imperiya ambisiyalarından xilas ola bilməyib. Konkret desək, Birləşmiş Krallıq Postmodernist imperiya tələblərinə asimiliyasiya ola bilmir.
ABŞ-dan Britaniyaya “Aİ”-dən çıxmamaq çağırışı və Hannover konfransı
Britaniya 1973-cü ildə Avropa Birliyinə qatılıb və AB daxilində bir çox proseslərdən kənarda dayanan London əksər hallarda özünü AB üzvü kimi görməyib. Birlik daxilində bir çox ölkələrin yaşadığı iqtisadi böhran, ardınca “miqrant böhranı” Britaniyanın birlikdən çıxma istəyini qətiləşdirdi. 2015-ci ildə Aİ-dən çıxmaq fikrini əlində rəhbər tutan Baş nazir Devid Kemeron bu fikri özünün siyasi platformasına çevirərək cəmiyyətdə daha da gücləndirdi.
Önəmli olan Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına qədərki siyasi proseslərə diqqət etməkdir. ABŞ Prezidenti 2016-cı ildə Böyük Britaniyaya etdiyi səfər zamanı müzakirə masasındakı ən vacib məsələlərdən biri də “Brexit” idi. Britaniyada xalqa üzünü tutan Obama ölkənin birlikdə qalması üçün səs verməyə çağırdı.
Barak Obamanın “Daily Telegraph” qəzetində çıxan məqaləsində yazır ki, “ABŞ İngiltərəni güclü bir ortaq olaraq görmək istəyir. İngiltərə güclü Avropa Biliyinin formalaşmasında böyük rol oynayır. Aİ tərkibində olmaq Britaniyanın gücünə güc qatır. Ortaq bazar qaydaları İngiltərənin iqtisadiyyatını güclənməsinə təsir göstərir. Bu durum əslində dolayı olaraq ABŞ-a da təsir göstərir”.
Həmin tarixdə Almaniyaya da səfər edən Birləşmiş Ştatlar Prezidentinin iştirakı ilə çox önəmli, bəlkə də ən vacib konfranslardan biri kimi xarakterizə ediləcək “Hannover konfransı” baş tutdu. Təbii ki, Fransa, İtaliya, Almaniya, Böyük Britaniya və ABŞ – 5 dövlət başçılarının görüşdüyü “Hannover konfransı”nın gündəliyində duran ən başlıca problem İngiltərənin “Avropa Birliyi”ndən çıxması idi. Düzdü, görüşün detalları tam açıqlanmasa da, zənn etmək olar ki, beş liderin bir araya gəlməsində çox önəmli müzakirələr aparılıb.
Maraqlıdır ki, məhz Obama ilə olan görüşdən sonra Böyük Britaniya Baş naziri Devid Kemeron öz çıxışında xalqa müraciət edərək, insanları Avropa Birliyinə qalmaq üçün səs verməyə çağırdı. Hərçənd ki, Kemeron daha öncələr sırf çıxmağın tərəfdarı idi.
Bundan başqa, Almaniya kansleri Angela Merkellə görüşən Barak Obamanın dediyi bir cümlə diqqət çəkir. O, bildirib ki, “Prezident olduğum müddətcə ən yaxşı münasibət qurduğum və ən yaxşı dost Merkel olub”.
Amerikanın bir çox siyasi analitiklərinin fikrincə, artıq Ağ Evdə bir çoxları tərəfindən ABŞ-ın Avropada ən ideal tərəfdaşı kimi Berlin görülür. Almaniyanın müttəfiq olaraq dəyərləndirən əksər ABŞ rəsmiləri “Transatlantik Ticarət Müqaviləsi” məsələsində də rəsmi Berlinin ABŞ-ın yaxın tərəfdaşı olacağı qənaətindədirlər.
Ayrıca Britaniyada baş tutan məlum referendumdan sonra Barak Obamanın fikiri də maraq doğurur. “Frans-Press Agentliyi”nin yaydığı məlumata görə, “Brexit”dən sonra Almaniya kansleri Angel Merkelə zəng vuran Obama Britaniyanın çıxmasını müzakirə edib və bildirib ki, bu zamana kimi Britaniya ABŞ birinci tərəfdaşı idi, lakin bundan sonra Almaniya Amerikanın Avropadakı ən yaxın partnyoru olacaq və biz Avropa Birliyi ölkələri ilə daha da sıx əməkdaşlıq edəcəyik.
Söylənilən fikirlərə əsasən demək olar ki, Britaniyadan narazı olan ABŞ üçün bundan sonra Almaniya daha mühim əhəmiyyət daşıyacaq.

ABŞ "Brexit"ə görə Britaniyadan uzaqlaşır; İsrail AB-yə qəbul ediləcək? -

Britaniyaya alternativ İsrail Avropa İttifaqına alına bilər ?
Baş tutan referenduma görə nəticələr Britaniyanım AB-dən çıxmasını tələb edir. Bəs, prosedur necə olacaq ?
Hər hansısa bir dövlətin Aİ-dən ayrılması qərarını özündə ehtiva edən Avropa Birliyinin 50-ci maddəsi gündəmə gələcək. Buna görə İngiltərə öncə Avropa Birliyinə referendumun nəticələrin təqdim etməlidir. Bu addımın ardınca AB ilə Britaniya arasında bütün mövzularda müzakirələr başladılacaq. Əgər müzakirələrin uzadılmasına qərar verilməzsə, danışıqlar minumum 2 il davam edəcək. Ümumi danışıqların sonu olaraq Avropa Parlamentində nəticələrə qiymət veriləcək. Bundan sonra Avropa Birliyini tərəfindən təsdiqlənəcək və icrasına başlanılacaq. Birləşmiş Krallığın AB-dən tam çıxmasına qədər onun üzvü olaraq qalacaq və birliyin qanunları onun üçün də işlək olacaq.

İsrail Avropa Birliyinə qəbul edilə bilər ?
2003-cü ildə İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni İsrailə etdiyi səfər zamanı Təl-Əvivi Avropa Birliyi tərkibində görmək istədiyini və bunun ən böyük arzusu olduğunu açıqladı. Təkcə İtaliya deyil, İspaniya da öz növbəsində İsrailin üzv qəbul edilməsinə dəstək verdi. Belə bir fikir yarana bilər ki, İsrail coğrafi baxımdan Avropaya aid deyil. Lakin nəzərə almaq lazımdır ki, İsrail Avroviziya musiqi yarışmasında iştirak edən ölkədir, baxmayaraq ki, Avropaya aid deyil. Əslində Avropa Birliyinə üzvlük məsələsinə coğrafi amil əsas şərt deyil.
Nəhayət, 2008-ci ildə Avropa Birliyi xarici işlər nazirləri və İsrail arasında AB-İsrail münasibətlərinin ən yüksək səviyyə çatdırılması ilə bağlı anlaşma imzalanadı.
Birliyə üzv olma ilə bağlı İsrailin qarşısında duran əsas problemlər:
– Fələstinlə olan münaqişəni həll etmək və BMT təhlükəsizlik şurasının 242 nömrəli qətnaməsi, eləcə də Cenevrə müqaviləsinin şərtlərinə əməl etmək;
– Suriya ilə olan Qolan tələpələri problemini həll etmək;
– Ümumiyyətlə, bütün qonşu dövlətlərlə bağlı problemlərin aradan qaldırılması başlıca şərt olaraq rəsmi Təl-Əvivin qarşısında durmaqdadır.

Avropa Birliyinə üzv olmaq İsrailə nə qazandırır ?
– Yerləşdiyi bölgədəki izolyasiyadan azad olmaq, təhlükəsizlik zəmanəti;
– Birlik ölkələri ilə iqtisadi tərəfdaşlıq imkanları, dəyərsiz İsrail valyutasının Avro ilə əvəzlənməsi, o cümlədən turist axını.
Həqiqətən nəzərə çarpacaq haldır. Belə ki, 2004-cü ildə Təl-Əvivdə keçirilən sorğuya görə, İsrail vətəndaşlarının 85%-i Avropa Birliyinə üzv olmağı dəstəkləmişdir.
Maraqlıdır, İsrail 7 milyon vətəndaşının 6%-i Avropa Birliyi ölkələrinin pasportlarına sahibdirlər. Təxminən 14%-i, yəni 1 milyona yaxını Avropadan gəldiyi üçün vətəndaşlığa sahibidirlər. Qısaca desək, İsrail vətəndaşlarının önəmli bir qismi Avropa Birliyinin bir parçasıdır. İsrailin birliyə üzv qəbul edilməsi uzun illərdi müzakirə predmeti olsa da, ancaq İsrailin hələ ki, rəsmi səviyyədə hər hansısa bir müraciət etmədiyi bilinməkdədir. 2003-cü ildə İsrailin xarici işlər naziri Silvan Şalom üzvülüklə bağlı rəsmi bir istəklərinin olduğunu açıqlasa da, amma bu istəyi rəsmi olaraq həyata keçirtməyiblər. Şalom bildirmişdir ki, “İsrail və Avropa bənzər iqtisadiyyat və demokratik prinsiplərə sahibdir. Buna görə də İsrailin Avropa İttifaqına daxil olması mümkündür”…

Yekun olaraq onu söyləmək olar ki, Avropa Birliyinin tarixində baş verən geosiyasi dəyişiklər, Birliyin imicinin zədələnməsi, dağılma təhdidi ilə üzləşməsi, ümumiyyətlə, Britaniyanın Aİ-dən çıxması digərləri üçün presedent ola bilər, həmçinin Avropa tarixində böyük risklərə yol aça bilər. Belə bir şəraitdə İsrail və Türkiyə kimi bir sıra dövlətlərin üzv alınması, bəlkə də, ittifaqın siyasi, iqtisadi reputasiyasını möhkəmləndirər və real təhlükəni sığortalamış olar.

Fərrux Həsənov
Tərəfdar.az

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın