Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat / ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi

ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir.

Məhdudiyyət 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.

Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var.

Sanksiya tətbiq olunan Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.

Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyirlər.

Həmçinin oxuyun

İmişli fermerlərinin ciddi problemləri var-Video

İmişliyə getmişdim. Rayon sakinlərindən biri boyukmillet.com-a müraciət etmişdi. Getdik ki, şikayəti ilə yerində tanış olaq, öz …