Çərşənbə , Mart 29 2023
Ana səhifə / İqtisadiyyat / Abid Şərifova bağlı şirkət “Azercell”i məhkəməyə verdi

Abid Şərifova bağlı şirkət “Azercell”i məhkəməyə verdi

Ölkənin böyük tikinti şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.
Bildirək ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə əlaqəli olaraq qaldırılıb.
Qeyd edək ki, “Avro-Asiya” İnşaat Korporasiyası “EVRASCON” ASC 30.04.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Qurban Xəlilov, ev 8-də yerləşir.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda “Avro-Asiya” İnşaat Korporasiyası “EVRASCON” ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.

Həmçinin oxuyun

Bazarda fantastik qiymətə satılan meyvələr (VİDEO)

Qiyməti 70 manatdan 180 manata qədər olan alça, 8 manatdan 18 manatadək olan çiyələk, kiloqramı …