Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İqtisadiyyat / “Abel” şərəbları ilə yeni məlumatlar

“Abel” şərəbları ilə yeni məlumatlar

Sosial şəbəkələrdə və ölkə mediasında İspaniyadakı “Abel Mendoza” şərablarının Abel Məhərrəmovun ailəsinə məxsus olduğu yazılır. Criminal.az saytı xəbər verir ki, yayılan məlumatlar düz deyil.
“Abel Mendoza” şərabları İspaniyanın Rioha bölgəsində, San Visente de la Sonsyera şəhərində 1988-ci ildən bəri istehsal olunur. “Abel Mendoza” brendi tanınmış ispan şərabçı Abel Mendosaya və şəriki Maet Fernandesə məxsusdur. Mendosa şirkətdə üzüm bağlarına, Fernandes isə şərab istehsalına cavabdehdir.
San-Visente ətrafında 17 hektarlıq üzüm bağları olan “Abel Mendoza”nın istehsal etdiyi ilk şərab “Jarrarte” idi. Şirkət hazırda “Viura”, “Malvasia”, “Garnacha Blanca”, “Torrontes”, “Tempranillo” və daha 5 adda şərab istehsal edir. Ən yeni şərab isə 20 avroya satılan “Guardavinas”dır.

Həmçinin oxuyun

Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb

Sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi, maliyyə-bank sektorunun canlanması, …