Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Abbas Lisani həbs edildi

Abbas Lisani həbs edildi

İnsan haqları qrupları və İran Azərbaycanı ilə bağlı məlumat yayan internet portallarının yaydığı xəbərə görə, tanınmış türk fəal Abbas Lisani daha əvvəl qatıldığı bir toy mərasimində etdiyi nitq səbəbilə mühakimə edildiyi məhkəmədə nəzarət altına alınıb.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinin məlumatına görə, cənab Lisani bu gün noyabrın 7-də Ərdəbil şəhərində bir məhkəmədə həbs edilərək Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi zindanına köçürülüb.

Tanınmış fəalın həbsinin digər milli fəal Aydın Zakirinin toy mərasimində türk dilində təhsil tələbinə dair etdiyi nitqi ilə bağlı olduğu bildirilir.

Abbas Lisani son 15 il ərzində dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin zindanlarında illərlə həbsdə saxlanılıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın