Ana səhifə / İqtisadiyyat / AA9 nömrə nişanı 10 milyon dollara satıldı – Rekord

AA9 nömrə nişanı 10 milyon dollara satıldı – Rekord

Maşın nömrəsinin qiyməti ilə bağlı yeni dünya rekordu müəyyənləşib.

Sfera.az xəbər verir ki, rekord ötən gün Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb. AA9 nömrəsi Dubayda baş tutan onlayn auksionda 38 milyon dirhəmə (10 milyon dollardan çox) satılıb.

Alıcının adı hələlik açıqlanmayıb.

Hərraca U31, T38 və T51 nömrələri də çıxarılıb və ümumilikdə 13,2 milyon dollara satılıb.

Hərrac iştirakçıları arasında BƏƏ-nin Baş naziri Məhəmməd bin Rəşid əl-Maktum da olub.

Qeyd edək ki, bundan öncəki rekord da Dubayda qeydə alınmışdı. D5 nömrə nişanı 2016-cı ildə təxminən 9 milyon dollara satılmışdı.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,16 ABŞ dolları, …