Ana səhifə / İqtisadiyyat / 9,6 minə Qarabağda sahibsiz itlər üçün proqram icra olunacaq

9,6 minə Qarabağda sahibsiz itlər üçün proqram icra olunacaq

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “İdea” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi ilə satınalma müqaviləsi imzalayıb.
Satınalma müqaviləsinin şərtlərinə görə “İdea” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi işğaldan azad olunmuş ərazilərində (Şuşa rayonu istisna olmaqla) “Sahibsiz itlər üçün CNVR proqramı”nı həyata keçirəcək və qarşılığnda 9 min 625 manat alacaq.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilə bir il müddətində – 9.04.2024-9.04.2025-ci il tarixlərində icra olunacaq.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …