Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / 92 yaşlı Henri Kissincer Putinlə görüşə niyə gəlmişdi…

92 yaşlı Henri Kissincer Putinlə görüşə niyə gəlmişdi…

“Soyuq müharibə”nin qaliblərindən biri, Amerika diplomatiyasının veteranı, keçmiş dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri  Henri Kissincer 92 yaşında Moskvada peyda olub.

Virtualaz.org xəbər verir ki, fevralın 3-də Kreml Moskva ətrafındakı Novo-Oqaryevo rezidensiyasında prezident Vladimir Putinlə Henri Kissincer arasında görüşə dair qısa rəsmi məlumat və protokol xarakterli foto yayıb. (Putin ən vacib qonaqlarını bu iqamətgahda qəbu edir) Məlumatda deyilirdi ki, Henri Kissincer vaxtilə SSRİ ilə ABŞ arasında münasibətlərdəki gərginliyin yumşaldılması siyasətinin müəlliflərindən biridir.

Ertəsi gün fevralın 4-də Henri Kissincer Moksvada Qorçakov Fondunda Primakov adına xarici siyasət əməkdaşlığı Mərkəzinin açılışında Rusiya-Amerika münasibətlərinə dair nitqlə çıxış edib. Və dünən fevralın 5-də prezident Putin Milli Təhlükəsizlik Şurası üzvləri ilə müşavirə keçirib, rəsmi məlumatda deyildiyi kimi regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Henri Kissincerin yaşının bu ahıl çağında Moskvaya təkcə keçmiş tərəfdaşı , sovet diplomatiyasının görkəmli xadimlərindən olan Yevgeni Primakovun adını daşıyan mərkəzin açılışında iştirak üçün gəldiyi o qədər də inandırıcı görünməzdi. Bu baxımdan Kissincerin Putinlə görüşünün mümkün pərdəarxası barədə Rusiya mənbələrində bir sıra ehtimallar irəli sürülməkdədir.

İlk baxışdan ağla gələn versiya bundan ibarətdir ki, ola bilsin Kissincer ABŞ-la Rusiya arasında Ukraynaya görə korlanmış münasibətləri düzəltmək üçün Obama administrasiyası adından hansısa mesajlarla gəlmişdi. Lakin analitiklər dərhal qeyd edirlər ki, bu məsələdə Obamanın hansısa kompromis ideyasına Putinin müsbət cavab verməsi mümkünsüzdür. Çünki Rusiya nə Krımı geri qaytarası deyil, nə Ukraynanın şərqində rusiyameylli qüvvələri dəstəyi dayandırmaq fikrindədir.

O zaman Kissincerin daha qlobal xarakter daşıyan missiya ilə gəldiyi daha ağlabatan variant kimi nəzərdən keçirilə bilər. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında gərginlik təkzə Ukrayna ətrafındakı situasiyaya sirayət etmir. İndi tərəflər faktiki olaraq yeni soyuq müharibə dövrünə daxil olublar. Hətta ABŞ-da deyirlər ki, bu yeni soyuq müharibədə Rusiya SSRİ-dən daha çox ağlasığmazdır.

Çünki SSRİ-dən fərqli olaraq Rusiya nüvə silahından istifadə haqda daha açıq və daha tez-tez danışır. Üstəlik danışmaqla da kifayətlənmir, NATO üzvü olan ölkələrə nüvə zərbələrini məşq edir. Məsələn, NATO Baş katibi Yens Stoltenberqin bu günlərdə təqdim edilmiş məruzəsinə əsasən 2013-cü ildə keçirilən təlimlər zamanı Rusiya İsveçə nüvə zərbələrinin endirilməsini sınaqdan keçirib. Bu baxımdan Henri Kissincerin missiyası ABŞ-la Rusiya arasında artmaqda olan nüvə müharibəsi təhlükəsini Putinlə müzakirə etmək və Rusiyanı SSRİ ilə eyni statusda superderjava kimi tanıyaraq qlobal təhlükəsizlik naminə birgə əməkdaşlığa çağırmaq ola bilərdi.

Kissincerin Moskvadakı nitqini ABŞ-ın “The National İnterest” dərgisi dərc edib və nitqi oxuyarkən Amerika diplomatiyasının bu nüfuzlu xadiminin indiki qarşılıqlı iradları bir kənara qoyaraq qlobal maraqlar naminə Rusiya ilə ABŞ arasında əməkdaşlığa çağırmasının şahidi oluruq. Kissincer münasibətlərin indiki vəziyyəti haqda danışaraq tərəflərin soyuq müharibə taktikasından istifadə etdiklərini təsdiq edib. Qocaman diplomat deyib ki, soyuq müharibənin başa çatmasından sonra Amerikanın öz ideallarını-demokratiya dəyərlərini dünyada yaymaq arzuları ciddi maneələrlə qarşılaşdı. Onun fikrincə artıq qəbul etmək lazımdır ki, ABŞ və Rusiya fərqli dəyərlərə malik iki böyük dövlətdir.  Və onlar qlobal təhdidlərə qarşı əməkdaşlıq etməyə məhkumdur.

“Amerika ilə  Rusiya ortaq dəyərləri bölüşmürsə, ancaq ABŞ onu dünya düzəninin ayrılmaz komponenti kimi tanıyırsa onunla necə əməkdaşlıq etsin? Rusiya öz cinahları boyu həyacan yaratmadan və yeni düşmənlər qazanmadan öz təhlükəsizlik maraqlarını necə təmin etsin? Birləşmiş Ştatlar öz dəyərlərini necə müdafiə etsin və yaysın ki, bunu Rusiyada təhdid kimi qarşılamasınlar? Mənim vəzifəm bu suallara cavab tapmaq deyil, onların tapılmasına kömək etməkdən ibarətdir”-Kissincer deyib.

H.Kissincer deyib ki, indiki Amerika administrasiyasının bu vəzifəni həll etmək üçün vaxtı çatmayacaq. Ancaq imkan vermək olmaz ki, bu məsələ, yəni Rusiya ilə münasibətlər Amerika daxili siyasətinin predmetinə çevrilsin.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın