Çərşənbə , Aprel 21 2021
Ana səhifə / İqtisadiyyat / 89 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib

89 müəssisəyə Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Agentlikdən “Report”a verilən məlumata görə, həyata keçirilən birgə tədbirlər nəticəsində ardıcıl olaraq müsbət nəticələr əldə olunmaqdadır.

Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə respublikamızın bütün bölgələri üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor” tərəfindən 9 aprel 2021-ci il tarixindən 7 pomidor istehsalı müəssisəsindən də pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiyanın müvafiq qurumu tərəfindən 89 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 243 688 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179 956 ton pomidor məhsulunun 135.4 %-ni təşkil edir.

Həmçinin oxuyun

Neftin qiyməti 74 dollara qədər arta bilər – “Bloomberg”

Koronavirus pandemiyası dövründə dünyakı anbarlarda saxlanılan neft ehtiyatları praktiki olaraq azalıb və bu da cari …