Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / 800 min ördək öldürüləcək – Bu ay

800 min ördək öldürüləcək – Bu ay

Fransada quş qripi virusunun qarşısını almaq üçün 800 min ördək mǝhv edilǝcǝk.

“ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyindən verilǝn mǝlumata görǝ, ölkənin cənub-qərb bölgǝsindǝ 89 fǝrqli yerdǝ H5N8 virusu qeydǝ alınıb.

Virusun sürǝtlǝ yayılmasının qarşısını almaq mǝqsǝdilǝ Gers, Landes və Hautes-Pyrenees bölgələrindəki ördəklər yanvar ayında mǝhv edilǝcǝk.

Qeyd edǝk ki, noyabrın 26-da ölkənin şimalındakı Pas-de-Calais bölgəsində çöl quşlarında H5N8 virusu qeydǝ alınmışdı. Hǝmçinin Avropa İttifaqının ən böyük qanadlı heyvan istehsalçısı olan Fransanın cənub-qərb bölgəsində ötǝn il epidemiya yaşanmışdı.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın