Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / 60 türk hərbçi Almaniyaya sığındı

60 türk hərbçi Almaniyaya sığındı

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO-nun Almaniyadakı hərbi bazalarından geri çağrılan türk hərbçilər ölkələrinə geri qayıtmayıb.

AzVision.az “DW”-a istinadən xəbər verir ki, bu günə qədər diplomatik pasport sahibi olan təxminən 60 türk vətəndaşı, vəzifələrinin sona çatması, geri çağırılmaları və pasportlarının ləğv edilməsinə baxmayaraq, Türkiyəyə qayıtmayıb.

Onların Almaniyadan sığınacaq tələb etdiyi məlum olub.

Almaniyada sığınacaq tələb edənlər arasında, vəzifə müddətinin başa çatmasına baxmayaraq, Ankaraya dönməyən, ailəsi ilə birlikdə Almaniyadan sığınacaq tələb edən, Türkiyənin Almaniyadakı səfirliyinin hərbi attaşesi A.D. də var.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın