Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / 5 ölkə dollara alternativ valyuta yaratmağa hazırlaşır
BERLIN, GERMANY - JULY 02: One hand holding a globe, another hand holding dollar bills on July 02, 2014, in Berlin, Germany. (Photo by Thomas Trutschel/Photothek via Getty Images)

5 ölkə dollara alternativ valyuta yaratmağa hazırlaşır

Rusiya parlamentinin Aşağı Palatası olan Duma-nın Maliyyə Bazarı Komitəsinin rəhbəri Anatoli Aksakov ABŞ dollarının təzyiq vasitəsi kimi istifadə edilməsinin yeni qlobal valyutanın ortaya çıxmasına səbəb olacağını bildirib.

“ Azinforum.az ” “Ahaber.com”a istinadən xəbər verir ki, o, təzyiqlərin davam edəcəyi təqdirdə beynəlxalq ödəmələrdə dollardan imtina ediləcəyini söyləyib.

Aksakov BRICS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Akrika) öz aralarında ödəmələri həyata keçirmək üçün yeni valyuta yaradılması ehtimalının müzakirə etdiyini vurğulayıb:

“Bu proses 5 il çəkə bilər. Bu rəsmi Vaşinqtondan asılıdır. Əgər ABŞ təzyiqləri davam etdirərsə, digər ölkələr də dollardan imtina etməyə davam edər. Yeni qlobal valyuta ortaya çıxdıqdan sonra dollar dəyərini itirəcək və ABŞ-ın qlobal təsiri də yox olacaq”.

Məlumat üçün bildirək ki, dünya əhalisinin yarısı BRICS ölkələrində yaşayır. Qlobal sənayenin isə 30 faizi bu ölkələrdədir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …