Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / 362 kq arıqladı və…- FOTO

362 kq arıqladı və…- FOTO

Həqiqətən də özünə inam hissi güclüdür və qalibiyyətə doğru aparır.
Moderator.az -ın məlumatına görə, 452 kiloqram çəkidə olan ABŞ vətəndaşı Marya Rosales əzmlə və özünə əminliklə başladığı işə uğurla son qoyub. 34 yaşlı Rosales bədən ağırlığının yüzdə 80 %-i yaxınını itirərək yenidən istədiyi həyata qayıtdı. Dörd il arıqlamaq üçün əlindən gələni edən qadın 362 kq itirərək 90 kq olmağı bacarıb.Rosales bir müddət öncə qardaşı oğlunu əzərək öldürdüyünə dair xəbərlərlə dünya mətbuatında yer almışdı. O, qardaşı oğlunu ağırlığı ucbatından bir səhv ilə öldürdüyünü etiraf edərkən bunun ağlabatan olduğunu düşünmüşdü. Ancaq uşağın gerçək ölüm səbəbi təsbit edilərkən gənc qadının bu günahı işləmək üçün çox kök olduğu aydın olmuş və beləliklə həqiqət ortaya çıxmışdı. Marya, 2008-ci ilin mart ayında yaşanan hadisədə, iki yaşındakı qardaşı oğlu Eliseoya baxıcılıq edərkən səhvən körpənin üzərinə yuvarlandığını və Eliseonun ölümünə səbəb olduğunu gələn polislərə etiraf etmişdi.
Və bu hadisədən sonra Marya arıqlamağı qarşısına məqsəd qoydu. 11 əməliyyatdan sonra 362 kq çəki itirərək 90 kq olmağı bacardı.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın