Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / 345 manat azdır, minimum əməkhaqqı 500 manat olmalıdır – Natiq Cəfərli

345 manat azdır, minimum əməkhaqqı 500 manat olmalıdır – Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib. Prezident İlham Əliyev bununla bağlı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.Bəs minimum əməkhaqqının artırılması inflyasiyanın təsirini azaldacaqmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az –a açıqlama verib. Ekspert minimum əmək haqqının yenə də real tələbdən az olduğunu bildirib:

“Ölkədə minimum əməkhaqqının 345 manata qaldırılması muzdla çalışanlara təsir edəcək. Digər sektorlarda işləyənlərin maaşı isə qalxmır”.
Ekspert hesab edir ki, minimum əmək haqqının artması başqa ciddi problemlər yaradacaq:
“Birincisi, bu məbləğ Azərbaycanda son inflyasiyaya adekvat deyil. Daha yüksək maaş, təqaüd gözləntisi var idi. Digər vacib məqam: Azərbaycanda VÖEN-lə çalışan 800 minə yaxın insan var. Onların sosial fonda ödəmələri də minimum əməkhaqqına bağlıdır. Minimum əməkhaqqı artırsa1, deməli oların ödəmələri, vergi yükü də artır. 345 manatın 25%-i Sosial Müdafiə Fonduna ödənilməlidir. Bu vaxta qədər 75 manat ödəyən 800 min işçi indi 85 manat ödəməli olacaq. Bu da faktiki olaraq, onların maaşına təsir edib, azalmaya səbəb olacaq. Bir tərəfdən az hissənin minimum əməkhaqqı cüzi qalxır, digər tərəfdən yüz minlərlə insanın maaşı azalır. Buna görə qanunda nəzərdə tutulan şərtlər dəyişdirilməlidir. Çünki bu, doğru yanaşma deyil. Bundan sonra minimum əməkhaqqı daha doğru indikatorlarla hesablanmalıdır. VÖEN-lə çalışanların da mənafeyi qanunvericiliklə tənzimlənməli, minimum əməkhaqqı isə 500 manat olmalıdır”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank “batır”: “Expressbank”dan 25 milyon depozit geri çəkilib

“Expressbank” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.  “APA-Economics” banka istinadən xəbər verir ki, …