Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / 3 ölkə razılaşdı: Əsəd sürgünə göndərilir

3 ölkə razılaşdı: Əsəd sürgünə göndərilir

Səudiyyə Ərəbistanı və Rusiya Suriyada vətəndaş müharibəsini bitirmək barədə razılaşıb.

Axar.az xəbər verir ki, bu iddianı Livanın “Əl Cumhuriyə” qəzeti yazıb.   Qəzetin xəbərinə görə, Moskva və Riyad Bəşər Əsədsiz Suriya məsələsində razılıq əldə edib.

Razılaşmaya əsasən, Suriyadakı müxalif qruplar 3-cü Cenevrə konfransında  bir araya gətiriləcək. Konfransda bu qrupların da təsdiqi ilə keçid hökuməti qurulacaq. Bəşər Əsəd hökuməti ilə birlikdə Rusiya, İran, Oman və Əlcəzairdən birinə sürgünə göndəriləcək.

“Əl Cumhuriyə” ABŞ-ın da bu ssenarini təsdiqlədiyini yazıb. Hətta ABŞ, Rusiya və Səudiyyənin artıq konfransa qatılacaq qrupları müəyyən etmək üçün işlərə başladığı da iddia edilib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın