Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “3 dəfə qiyməti qalxan mallar var” – Deputatdan etiraz

“3 dəfə qiyməti qalxan mallar var” – Deputatdan etiraz

“Bahalaşma ilə əlaqədar məsələ ümumiyyətlə, tək Azərbaycanda deyil, bütün dünyada ciddi problemlər yaradıb. Fikir verirsinizsə, Avropanın qazla, neftlə təminatında ciddi problemlər olduğu üçün bəzən hətta zavod və fabriklər işlərini dayandırmalı olurlar.”

Bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə “TV Musavat”ın efirində yayımlanan “Canlı Debat” verilişində millət vəkili Vahid Əhmədov deyib.

“Qonşu, qardaş dövlət olan Türkiyəyə fikir verin. Qiymətlər günbəgün necə artır. Milli valyuta – lirə hansı səviyyəyə gəlib çatıb. O cümlədən, Azərbaycana da biz xaricdən kifayət qədər məhsul idxal edirik.  Xüsusilə ərzaq və qeyri-ərzaq məhsulları. Amma bunlar bizə şərait yaratmamalıdır ki, Azərbaycanda belə bir qiymət artımı olsun.” – , deyə V.Əhmədov qeyd edib. 

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …